Məşhur Fransız rejissor vəfat etdi

8 Oktyabr 2013 18:11 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Fransız rejissor və aktyor Patris Şereau ağciyər xərçəngi səbəbiylə 68 yaşında dünyasını dəyişib. Fransız rejissor, aktyor və ssenarist Patris Şereau dünən Parisdə vəfat edib. 68 yaşında ağciyər xərçəngi səbəbiylə həyata vida edən rejissor "Tənhalıq" və "Kraliça Margot" kimi filmlərin rejissoru olub. 1944-cü ildə Fransada doğulan Şereau 1994-cü ildə çəkdiyi "Kraliça Margot" filmiylə Kannes Film Festivalı Münsifinin Xüsusi Mükafatı, 2001-ci ildə çəkdiyi "Tənhalıq" filmi ilə isə Berlində "Qızıl Ayı" qazanıb. Şereau sənət həyatı boyunca opera və teatr rejissorluğu da edib. 1969-cu ildə ilk operasını səhnəyə qoyan Şereau 1989-cu ildə teatrda Hamleti səhnələşdirib. Şereau sonuncu dəfə 2009-ci ildə "Zülm" filmini çəkib.