Azərbaycan “Discovery” festivalında əsas 5 nominasiyadan birini qazanıb - VİDEO

21 May 2012 11:44 (UTC+04:00)


Azərbaycanlı müğənni "Discovery" festivalında qələbə qazanıb. Bu barədə Movqe.Az-a prodüser Hüseyn Cavadzadə Bolqarıstandan məlumat göndərib. H.Cavdzadə, bildirib ki, Bolqarıstanda keçirilən "Discovery Music Festival"da Azərbaycanı "Next" qrupunun keçmiş solisti Seyran Babayev təmsil edib. Prodüser, dünen yekunlaşan 21-ci "Discovery" festivalında Azərbaycan esas 5 nominasiyadan birini qazandığını bildirib: "Bolqarıstanda keçirilən "Discovery Music Festival"da Azərbaycanı "Next" qrupunun keçmiş solisti eks solisti Seyran Babayevin təmsil edib və dünən yekunlaşan 21-ci "Discovery" festivalında Azərbaycan əsas 5 nominasiyadan birini qazanıb. Festivalın yarımfinal mərhələsidə müğənnimiz, Maykl Ceksonun repertuarında yer alan "Black or White" mahnısını ifa edib və uğurla finala addımlayıb. Seyran finalda öz repertuarında yer alan "My Plaything Lady" mahnısını ifa edib. O, "Ən yaxşı performans" nominasiyasında baş mükafatı qazanıb".

H.Cavadzadə onu da qeyd etdi ki, festivalda başqa mükafat alan ölkələr sırasında Rusiya, Makedoniya, İtaliya,Ukrayna da olub. Bundan başqa, festivalın səhnsində Filip Kirkorov, "In-grid", "Sun-Strike Project" kimi dünyanın məşhur ulduzları istirak ediblər.

Prodüser əlavə etdi ki, bu il isə festivalda iştirak eden ölkələr arasında Azərbaycan ilk dəfə olaraq 5 nominasiyadan birini qazanıb.

Bununla bağlı müğənninin mətbuat katibi Aysər Həsənli Movqe.Az-a bunları söylədi: "Bu bizim üçün çox sevindirici və gözlənilməzdir. Seyrana indi Avropanın bir neçə böyük prodüser mərkəzlərindən təkliflər var. Buna görə, müğənni bir neçə gündən sonra vətənə dönəcək və festivaldan videomaterealları təqdim edecək. "Eurovision" ərəfəsində ölkəmiz üçün belə bir nailiyyət çox sevindiricidir".

Fuad Mədətov

Movqe.Az