Prezident İlham Əliyev səs verdi
9 Oktyabr 2013 11:14 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev prezident seçkilərində
səsvermədə iştirak edib. İlham Əliyev 29 saylı Səbail Seçki
Dairəsinin 6 saylı seçki məntəqəsinə gələrək səs verib.
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident
seçkisində 10 namizəd mübarizə aparacaq.