Klinton prezidentlə görüşüb

21 May 2012 12:08 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ dövlət katibi Hilari Klinton Çikaqo şəhərində təşkil edilən NATO sammiti çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari ilə görüşüb. Görüşdə Pakistan xarici işlər naziri Hina Rəbbani Khar da iştirak edib. Görüşün əvvəlində çəkilişə icazə verilsə də, sonrakı saatlarda mətbuatın girişinə qadağa qoyulub.