Azərbaycanda keçirilən prezident seçkilərində saat 10.00-a olan seçici fəallığı açıqlanıb

9 Oktyabr 2013 11:30 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində seçici fəallığı ilə bağlı ilkin nəticələri açıqlayıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10.00-a olan məlumata görə, seçicilərin 937 465 nəfəri səsvermədə iştirak edib.

 

R. Gülməmmədov bildirib ki, MSK-nın 115 nömrəli "Qaynar xətt"inə səsvermənin gedişi zamanı baş verə biləcək qanun pozuntuları, qeyri-qanuni hərəkətlər, seçici siyahılarında olan problemlərlə "qaynar xətt"ə zəng vuraraq məlumat vermək mümkündür.

 

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.