Cəzaçəkmə müəssisələrində səsvermə keçirilir

9 Oktyabr 2013 12:22 (UTC+04:00)

Azərbaycanda prezident seçkiləri ilə bağlı cəzaçəkmə müəssisələrində də səsvermə prosesi keçirilir.  

 

Movqe.az-ın əməkdaşının verdiyi məlumata görə, 14 saylı Xəzər Dairə Seçki Komissiyasının  9 saylı Cəzaçəkmə müəssisəsində yaradılmış 37 saylı məntəqənin siyahısında 290 nəfər seçicinin adı qeyd olunub. Saat 11.00-a olan məlumata görə, onlardan 235 nəfər səs verib.

 

Məhkumlar səsvermənin şəffaf şəkildə keçirildiyini deyiblər.

 

Mətbuat nümayəndələri digər cəzaçəkmə müəssisələrində keçirilən səsvermə prosesini də izləyəcəklər.