Missiyasının rəhbəri: “Səs verənlər arasında gənclərin sayının çox olması müsbətdir”

9 Oktyabr 2013 12:30 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyası hazırda 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 25 saylı məntəqəsində səsvermə prosesini müşahidə edir.


Movqe.az-ın xəbərinə görə, müşahidə missiyasının rəhbəri Habib Kabaçi jurnalistlərə açıqlamasında indiyədək bir neçə seçki məntəqəsində olduqlarını bildirib: "Səsvermə prosesi çox yaxşı təşkil olunub və biz bundan məmnunuq. Düşünürəm ki, bu, demokratiya və yaxşı idarəçiliyə doğru atılmış düzgün addımlardan biridir".

 

H.Kabaçi səsvermə prosesinə gələnlər arasında gənclərin sayının çox olduğunu vurğulayaraq bunu yüksək qiymətləndirib.