9 saylı cəzaçəkmə müəssisəsində səsvermə yüksək səviyyədə həyata keçrilir

9 Oktyabr 2013 12:40 (UTC+04:00)

Bu gün 14 saylı Xəzər seçki dairəsinin 37 saylı məntəqəsində Ədliyyə Nazirliyinin Petinsiar xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində səsvermə prosesi həyata keçirilib. Saat 11:10-a olan məlumata görə, burada 290 nəfər məhkumdan 235-i, səsvermə prossesində iştirak etmişdir.Prosesdə iştirak edən məhkulardan Movqe.az-a danışıblar. Danışan məhkumlardam 14 il cəza müddəti olan Sarıyev Yadigar səsvermədə iştirak elədi və Movqe.az-a açıqlamasında bildirdi ki, səsvermə prosesi heç də qıraqda olan səsvermə prosesindən fərqlənmir. Hər şey şəffafdır. Məhkumlar özləri müstəqil şəkildə səs verirlər və proses gizli həyata keçirilir.

Digər məhkum, 3 il cəza müddəti olan Hacıyev Vüqar yaradılan şəraitdən məmnun olduğunu dedi. İlk dəfədir ki, içəridə, məhkum olaraq səs veririk. Bildirib ki, içəridəki proses də çöldəki kimi şəffaf keçirilir. Heç bir fərq yoxdur. Heç kəs məhkumlara təzyiq göstərmir. Məhkum öz seçimini edir. Gizli şəkildə səsvermə prosesində iştirak edir.

Qeyd edək ki, məhkumlar arasında keçirilən səsvermə prossesi burda 9 saylı səsvermə məntəqəsində məhkumların razılığı ilə müşahidə olunur. Səsvermə prossesi çox şəffaf keçirilir.