Azərbaycan prezidentliyinə namizəd Zahid Oruc səs verib

9 Oktyabr 2013 12:46 (UTC+04:00)

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən Zahid Oruc ailə üzvləri ilə birgə 23 saylı Nəsimi-Sabail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində səs verib.


Movqe.az-ın məlumatına görə, Z. Oruc jurnalistlərə açıqlamasında seçkinin ədalətli və dinc şəkildə keçirildiyini bildirib: "Hazırkı məlumata əsasən, ölkə üzrə seçicilərin 18 faizi səs verib. Bir namizəd və seçici kimi seçkiyə inamım böyükdür".

 

Z. Oruc həmçinin kimə səs verdiyinə də münasibət bildirib. O qeyd edib ki, Allahın seçdiyi, xalqın inandığı insana səs verib: "Bir neçə saatdan sonra kimə səs verdiyim məlum olacaq".

 

Qeyd edək ki, hazırda bu məntəqədə ELS Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən "exit-poll" keçirilir.