Kameron sevindi, Merkel isə məyus oldu

21 May 2012 12:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Ötən gecə Çelsi və Bavariya klubları arasında oynanan Çempionlar Kuboku finalını İngiltərə baş naziri David Kameron, Almaniyanın baş naziri Angela Merkel "G-8"in zirvə görüşündə - "Kamp David"də izləyib. Oyunu izləmək üçün düşərgə mərkəzinin böyük zallarından birinə nəhəng ekran qurulub.Çelsi penaltıdan sonra qalib gələndə Kameron sevincini gizlədə bilməyib.İngilis baş nazirini ilk təbrik edən də Merkel olub. "Kamp David"də oyunu izləyənlər arasında Avropa Komissiyası Başçısı Jose Manual Barroso, Fransa Prezidenti Fransua Hollande və Rusiya baş naziri Dimitri Medvedyev də olub. Bütün liderlərin rahat geyimlərə üstünlük verdiyi zirvə görüşündə yeni Prezident seçilmiş Hollandenin qalstuk taxması və gərgin görünməsi də nəzərdən qaçılmayıb.