17 saylı cəzaçəkmə müəssisəsinin məhkumları səsvermə prosesində aktiv iştirak edirlər

9 Oktyabr 2013 13:10 (UTC+04:00)

Xəzər rayonu 14 saylı seçki dairəsinin 35 saylı məntəqəsində 17 saylı cəzaçəkmə müəssisəsinin məhkumları səs veriblər. Burada qeydiyyatda olan 732 məhkumdan 600-ə yaxını saat 12:00-a olan məlumata görə, səsvermədə iştirak ediblər. Səsvermə məntəqəsinin sədri Mübariz Zeynalovun Movqe.az-a verdiyi məlumata görə, məhkumlar səsvermə prosesində çox fəal iştirak ediblər. Səsvermə prosesi şəffaf,  məhkumlara heç bir təzyiq göstərilmədən həyata keçirilir. Saat 08:00-da səsvermə prossesinə başlanılıbdır. Burda Movqe.az-a açıqlama verən Müstəqil Təşəbbüs Qrupunun müşahadəçisi Eldəniz İsfəndiyarov deyib ki, məntəqə açıldığı vaxtdan məntəqənin sədri və digər əməkdaşları yerində idilər. Təşkilatçılıq və müşahidəçilik lazımi səviyyədədir. Məhkumlar səsvermə prosesində aktiv iştirak edirlər. 

Səsvermə prosesində jurnalist Elman Malıyev də iştirak edib. 178.2.2 maddəsiylə ittiham olunan jurnalist artıq 5 illik cəza müddətinin 3 ilini çəkibdir. Törətdiyi əməldən peşman olduğunu bildirən jurnalist də seçki prosesinin çox şəffaf şəkildə həyata keçirildiyini bildirib. Cəzası bitəndən sonra yenə jurnalist fəaliyyətinə qayıdacağını bildirib.