Azərbaycan prezidentliyə namizəd Sərdar Cəlaloğlu səs verib

9 Oktyabr 2013 14:36 (UTC+04:00)

Prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səs verib.


APA-nın məlumatına görə, S. Cəlaloğlu həyat yoldaşı ilə birgə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 21 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

 

Səsvermədən sonra jurnalistlərə açıqlamasında S. Cəlaloğlu seçici fəallığının aşağı olduğunu deyib. O, səsvermə zamanı siyahıda adların səhv salındığını da vurğulayıb.