Avtomobil iki bacını vurdu

9 Oktyabr 2013 14:36 (UTC+04:00)

Oktyabrın 8-də saat 08.00 radələrində Lənkəran şəhəri ərazisində avtomobil iki bacını vurub. Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakinləri Ülkər Axundova və onun bacısı Minə vurulub. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-2106" markalı avtomaşının sürücüsü, şəhər sakini Təvəkkül İbadzadə saxlanılıb.

ŞRPŞ tərəfindən araşdırma aparılır.