Azərbaycan Dövlət Musiqili Komediya Teatrının adı dəyişdirilib

9 Oktyabr 2013 14:55 (UTC+04:00)

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının adı dəyişdirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni qərarla Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Azərbaycan Dövlət Musiqili Teatrı adlandırılacaq.

Mədəniyyət və Turizm Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.