Amerikalı müşahidəçi: “Azərbaycanda insanlar sakit şəraitdə istədikləri namizədə səs verirlər”

9 Oktyabr 2013 15:04 (UTC+04:00)

"Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçirilir. İnsanlar sakit şəraitdə istədikləri namizədə səs verirlər".


Bunu APA-ya açıqlamasında ATƏT müşahidə missiyasının üzvü, amerikalı müşahidəçi Barbara Miller deyib.

 

O bildirib ki, müşahidə apardıqları zaman hələlik hər hansı qanun pozuntusu aşkarlanmayıb.

 

Müşahidəçinin sözlərinə görə, seçicilərin rahat şəkildə səs vermələri üçün lazımi şərait aradılıb.