İflic olan xalq artisti səhhətindən danışdı

9 Oktyabr 2013 16:57 (UTC+04:00)

Xalq artisti Ramiz Əzizbəyli sağalmaz xəstəliyə düçar olub. 

Axşam.az-ın məlumatına görə, aylardır yataq xəstəsi olan aktyor "Onlar" verilişinə səhhətindən danışıb:

"Bu yaxınlarda iflic oldum. İmmun sistemim tamamilə dağılıb. Bədənim mübarizə qabiliyyətini itirmişdi. Uzun müddət əziyyət çəkdim, bir ay dözdüm, sonra xəstəxanaya getdim. Bütün insanlara layiq olmayan vəziyyətdəydim. Bu halda insanlar daha kövrək olur. Həmin vaxtlar hamıya, eləcədə ailəmə xoşbəxtlik arzulayırdım. Çünki onların məndən, mənim də ailəmdən başqa heç kimim yoxdur.
Yaşlı adamam, amma ölməyə hazırlaşmıram (gülür-red.). Bu formada yaşamağa çalışıram".


http://www.youtube.com/watch?v=B5qkO441YYU