Suriyadakı kimyəvi silahlar məhv edilir

9 Oktyabr 2013 17:05 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Suriyanın əlindəki kimyəvi silahları məhv etmək üçün bu ölkədə olan beynəlxalq ekspertlər heyətinin, silahların ilk hissəsini məhv etmə görüntüləri yayımlanıb. Suriya televiziyası tərəfindən yayımlanan görüntülərdə, ölkənin açıqlanmayan bir bölgəsindəki kimyəvi silah anbarında iş görən xarici mütəxəssislərin silahları təsirsiz hala gətirmək üçün həssas döyüş başlıqlarını partladıcıyla (minanın partladan hissəsi) necə sökdükləri göstərilib. Birləşmiş Millətlər Təşkilatının mütəxəssisləri, dünənki görüntülərin aşlanğıc olduğunu ifadə edərək, kimyəvi silahları məhv əməliyyatının növbətii ilin ortalarına qədər davam edəcəyi bildirib.