Putin: "Rusiya və ABŞ, Suriyada Əl Qaidəni istəmir"

9 Oktyabr 2013 17:16 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq sammiti üçün gəldiyi İndoneziyanın Bali adasında danışan Rusiya Dövlət Başçısı Vladimir Putin, ABŞ ilə aralarında taktika baxımdan fərqliliklərin olduğunu, lakin hər iki ölkənin də Əl Qaidənin Suriyada iqtidara gəlməsini istəmədiyini söyləyib. Putin, zirvədəki gala yeməyində Alyaska paltarlarıyla poza verib.