Bu ölkədə qadınlar kişilərə təcavüz edir

9 Oktyabr 2013 18:02 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Şərqi Afrika ölkəsi Keniyada, 2,1 milyon kişinin "qadınların istismarına məruz qaldığı" deyilib. Nairobi mərkəzli "Cinsiyyət İzləmə Təşkilatı" tərəfindən nümayiş olunan bir hesabatda, 40 milyon əhalisi olan ölkədə 2,1 milyon kişinin , qadınlar tərəfindən "fiziki , cinsi və psixoloji " istismara məruz qaldığı deyilib. Keniyalı alim Ndiritu Njokanın hazırladığı hesabatda, sözügedən istismarın 90 faizinin fiziki olduğu, kişilərin işsiz olması və yaşlarının artmasıyla bu mövzuda artım yaşandığının təsbit edildiyi deyilib. Ölkədə qadınların ümumiyyətlə "aldatma , iqtisadi istismar, ev işləri görmə və uşaq baxmağa məcbur etmə " kimi mövzularda kişiləri istismar etdiklərinu aıqlayan hesabatda, 2009-ci ildə edilən araşdırmada, sözü edilən rəqəmin 1,5 milyon olduğu, 2013-ci ildə bu rəqəmin 2,1 milyona yüksəlməsinin narahatlıq verici olduğu qeyd edilib. Hesabatda , Müsəlmanların sıxlıqda yaşadığı Mombasa , Kiambu , Nyeri və Kirinyay kimi bölgələrdə istismar nisbətinin digər bölgələrə nisbətən aşağı olduğuna da diqqət çəkilib.