MSK saat 17.00-dək səs verən vətəndaşlarının sayını açıqlayıb

9 Oktyabr 2013 18:41 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı saat 17.00-a olan nəticələri açıqlayıb.

MSK sədri Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17.00-a olan məlumata görə, seçicilərin 3 439 629 nəfəri səsvermədə iştirak edib.

 

Ölkə üzrə ümumi seçici fəallığı isə 66,85 faiz təşkil edib.

 

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.