Ata 5 yaşlı qızına təcavüz etdi, sonra öldürdü

9 Oktyabr 2013 18:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ərəbistanda 5 yaşındakı qızına təcavüz edib işgəncəylə öldürən bir vaiz, 8 il həbsə və qızın anasına 270 min dollar " qan pulu" ödəməyə məhkum edilib. Səudiyyə ərəbistanıda 5 yaşındakı qızı Lamaya təcavüz edən və işgəncəylə onu öldürən bir vaiz, məhkəmə tərəfindən 8 il həbsə və 270 min dollar qan pulu ödəməyə məhkum edilib. Sol qəzetinin xəbərinə görə, AFP-ə danışan vəkil Türki əl- Raşid, şübhəli Fayhan əl- Ğamdinin 800 şallaq cəzası da aldığını, eyni zamanda qızın anası olan keçmiş arvadına qan pulu ödəyəcəyini söyləyib. Lakin qızın anası , qan pulu olaraq 2 milyon 700 min dollar istəyir. Qızın anasının vəkili olan Raşid, cinayətə kömək etdiyi deyilən Ğamdinin ikinci arvadına da 10 ay həbs və 150 ​​şallaq cəzası verildiyini açıqlayıb. 25 Dekabr 2011-ci il tarixində bədənində çox sayda göyərmə və yanıq ilə birlikdə kəlləsi əzilmiş, qabırğaların və sol qolu qırılmış vəziyyətdə xəstəxanaya gətirilən kiçik qız , bir neçə ay sonra dünyasını dəyişib. Səudiyyə televiziyalarında dini şərhlər edən, lakin dövlətin "rəsmi" vəzifəlisi olmadığı deyilən Ğamdi , qıza kabel və dəyənəklə işgəncə verdiyini etiraf etmişdi. Xəstəxanada çalışan Randa Əl- Kalib qızın onlara gətirildiyi zaman kürəyində qırıq olduğunu və az qala bədəninin hər yerində təcavüz izi olduğunu söyləmişdi. Ğamdinin , kiçik qızın " bəkarətinə şübhə duyması " səbəbindən qıza təcavüz edərək işgəncə etdiyi iddia edilmişdi.  Bu ilin əvvəlində məhkəmənin Ğamdiyə az bir cəza verəcəyinin ortaya çıxmasıyla birlikdə , Səudiyyə Ərəbistandakı bəzi qruplar daha ağır cəza verilməsi üçün  kampaniya başlatmışdı. Ölkədə təcavüz və insan öldürmənin cəzası ölüm olmaqla yanaşı, bir atanın uşağını və bir ərin yoldaşını öldürməsi "ölüm cəzası"yla sayılmır.  Ğamdinin günahının cəza aralığı 5-12 il müddətindədir.