Seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib

9 Oktyabr 2013 21:40 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb.Movqe.az-ın məlumatına görə, MSK sədri Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib. Ölkə üzrə ümumi seçici fəallığı isə 72,31 faiz təşkil edib. Ən yüksək aktivlik 83 faizlə 1 saylı Şərur-Sədərək Seçki Dairəsində, ən aşağı isə 61,16 faizlə 15 saylı Yasamal I Seçki Dairəsində qeydə alınıb. Paytaxt üzrə ən yüksək fəallıq isə 80,02 faizlə 10 saylı Binəqədi II Seçki Dairəsində müşahidə olunub. Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.