MSK: “İlham Əliyev 84,94 faiz səs toplayıb“

9 Oktyabr 2013 23:30 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı Prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev indiyədək hesablanmış bülletenlərə əsasən 84,94 faiz (556 826) səs toplayıb.


Movqe.az-ın məlumatına görə, bu barədə Komissiyanın saytında qeyd olunur. MSK-nın ilkin nəticələrinə əsasən, digər prezidentliyə namizədlərin topladığı səslər:


Cəmil Həsənli - 4,10% (26 875 səs)

İqbal Ağazadə 2,29% (15 025 səs)

Qüdrət Həsənquliyev - 2,26% (14 807 səs)

Zahid Oruc - 1,76% (11 527 səs)

İlyas İsmayılov - 1,38% (9 041 səs)

Fərəc Quliyev - 1,01% (6 594 səs)

Araz Əlizadə - 0,94% (6 173 səs)

Hafiz Hacıyev - 0,66% (4 358 səs)

Sərdar Məmmədov - 0,66% (4 294 səs)