İlham Əliyevə iki prezidentdən təbrik gəldi

10 Oktyabr 2013 01:56 (UTC+04:00)
Türkiyə prezidenti Abdulla Gül və baş nazir İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. Movqe.az-ın "Anadolu" Agentliyinə istinadən məlumatına görə, İlham Əliyevlə telefonla danışan Türkiyə prezidenti ona təbriklərini çatdırıb. İlham Əliyev təbrikə görə məmnun olduğunu bildirib, ilk xarici səfərini yaxın zamanlarda Türkiyəyə edəcəyini deyib. Agentliyin məlumatına görə, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti ilə telefonla danışan baş nazir təbriklərini çatdırıb, uğurlar arzulayıb.
Daha sonra Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.  Viktor Yanukoviç dövlət başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, Azərbaycan xalqının firavanlığı naminə ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.