İranlı nazir qəzetdəki yazının təsirindən xəstəxanaya düşüb

10 Oktyabr 2013 10:11 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif belindəki ağrılarla bağlı xəstəxanaya yerləşdirilib.

Movqe.az-ın "nyusru"-ya istinadən məlumatına görə, Tehranda çıxan, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin əsas təbliğat vasitələrindən biri sayılan "Keyhan" qəzeti bildirib ki, həkimlər bunun sarsıntılarla əlaqələndirib.

Qəzetdə Tehranla qərbin yaxınlaşmasını tənqid edən məqalədə Zərifin də Adı hallanıb. Qəzet bildirib ki, nazir deputatla səhhətində İran prezidenti Həsən Ruhaninin Barak Obama ilə telefon danışığını səhv addım sayıb.

Məhəmmədcavad Zərif isə özünün "Facebook" səhifəsində belə bir bəyanatla çıxış etmədiyini yazıb. O, qəzeti suçlayaraq, bildirib ki, "Keyhan" ayətullah Xamneyidən də artıq mühafizəkarlıq edir.

"Maraqlıdır, bir çoxları ali rəhbərin (Xamneyini nəzərdə tutur-red.) nə fikirləşdiyini bu sayaq bəyanatlarla tapmağa çalışırlar. Əgər o, yaxınlaşmaya qarşı çıxsa idi, mən suçsuz olduğum haqda belə bəyanat verə bilərdimmi? Onlar bunu necə düşünə bilər?"-deyə, nazir yazıb.