Brilliant Dadaşovanı bu dəfə qəzəbləndirən kim oldu?-FOTO

10 Oktyabr 2013 11:54 (UTC+04:00)

Brilliant Dadaşova yenə əsəbləşib. Müğənnini qəzəbləndirən isə onun dediyinə görə savadsız qələm əhli olub. Mövqe.az-ın məlumatına görə, xalq artisti B. Dadaşova sosial şəbəkədə belə bir status paylaşaraq, öz etirazını bildirib: "Ay Allah, bizim bəzi "qələm ustalarımız" nə gündədirlər? Dünyada balabanımızın yeganə ustadı, balabanın kitabını yazan Əlixan Səmədovu zərb ustası adlandıranın görəsən, incəsənətdən xəbəri varmı? Yoxdursa, incəsənətdən yazmasın.

Lap 1992-ci ildə o vaxtkı Baş Nazirin Azərbaycan müasir musiqisinin banisi olan Tofiq Quliyevi tanımaması yadıma düşdü. Elə ona görə də Azərbaycanın milli sərvəti olan balabanımızı başqaları öz musiqi aləti kimi qələmə verə biliblər".

Statusdan da aydın olur ki, xanım sənətçi dostu Əlixan Səmədovun zərb ustası kimi təqdim olunmasına biganə qala bilməyib, əsəbiləşib.