Müəllimənin çılpaq şəkilləri valideynləri dəliyə döndərib

10 Oktyabr 2013 13:21 (UTC+04:00)

ABŞ-ın Texas əyalətində müəllimə işləyən 21 yaşlı Kristi Nikole Deveesenin çılpaq şəkilləri valideynləri dəli edib.

Bir liseydə İspan dili müəlliməsi işləyən Deveesenin 18 yaşı olarkən "Playboy" jurnalına verdiyi çılpaq pozalar ortaya çıxıb və gənc qadına sərt reaksiyalar gəlib.

Valideynlər övladlarına görə narahatlıq keçirdiklərini, fikirlərinin dərsdən yayına biləcəyini bildirib.

Liseyin müdiriyyəti şəkillərin çəkildiyi dövrdə Deveesenin məktəbdə işləmədiyini, buna görə də hər hansı bir açıqlama verməyəcəklərini bildirib.