Prezidentin ailəsi qələbə sevincini bölüşdü

10 Oktyabr 2013 14:06 (UTC+04:00)
Leyla Əliyeva qələbə sevincini rəsmi facebook səhifəsində "Təbriklər Azərbaycan" yazaraq bölüşüb.
Dünən Azərbaycanda keçirilən prezident seçkilərindən sonra prezidentin qızları sevinclərini sosial şəbəkələrdə bölüşüblər. İlham Əliyevin böyük qızı Leyla Əliyeva qələbə sevincini rəsmi facebook səhifəsində "Təbriklər Azərbaycan" yazaraq bölüşüb. Prezidentin kiçik qızı Arzu Əliyeva isə dünən seçkilər zamanı ailəsi ilə çəkilən fotoları paylaşaraq "Bizim prezident", "Azərbaycan" sözlərini qeyd edib