Məktəblilər siyahıya alınır

10 Oktyabr 2013 15:32 (UTC+04:00)

Respublikanın ümumtəhsil müəssisələrində peyvəndləmə işlərinə başlanılması üçün siyahıya alınmaya start verilib. Bu sözləri Movqe.az-a açıqlamasında  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. A. Əliyeva bildirib ki,respublikanın ümumtəhsil müəssisələrində peyvəndləmə kampaniyasına start veriləcək tarix məlum olmasa da, artıq planlaşdırmaya əsasən məktəblilər siyahıya alınır. Onun sözlərinə görə, bəzi polikilinikalarda qeydiyyatda olan uşaqlar qızılca və məxmərəyə qarşı vaksindəndən kənarda qalıblar: "Bu dərs ilində orta məktəblərdə start veriləcək peyvəndləmə kampaniyasının məqsədi vaksindən kənar qalan uşaqları qızılca və məxmərəyə qarşı peyvənd etməkdir. 2006-cı ildə də bir dəfə belə kampaniya keçirilmişdi. Bu dərs ilində də bu kampaniyanın başlanılması nəzərdə tutulur. Ona görə də orta məktəblərdə uşaqlar siyahıya alınır. Peyvənddən nə qədər uşağın kənarda qaldığı öyrənilir. Plana əsasən hazırlıq işləri başa çatdıqdan sonra məktəblilərin peyvəndlənməsinə başlanılacaq. Təhsil müəssisələri uşaqların sıx kontaktda olduğu məkanlardan olduğundan, məktəblilərin qızılca və məxmərəyə qarşı peyvənd edilməsi vacibdir".