Obama rəhbərliyi Misirə bəzi hərbi materialların satışını dayandırdı

10 Oktyabr 2013 16:37 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Obama rəhbərliyi , iyul ayında Məhəmməd Mursinin devrilməsindən bu yana Misir təhlükəsizlik qüvvələrinin həddindən artıq insanlara təzyiq etməsi səbəbiylə bu ölkəyə göndərdiyi bəzi hərbi materialların satışında azaltma edib. Obama rəhbərliyinin satışını azaltdığı hərbi vəsaitlər arasında F16 reaktivləri, M1A1 tank dəstləri , Harpoon mərmiləri və Apache vertolyotları var. ABŞ Xarici işlər nazirliyi spikeri Jen Psaki tərəfindən edilən şərhdə " hökumətin etibarlı bir irəliləyiş etməsini gözləyirik" deyilib.

Bu "yenidən nizamlama" çərçivəsində ABŞ tərəfindən Misir ordusuna edilən pul yardımı da təxirə salınacaq. Lakin buna baxmayaraq Misirə verilən edkonomik dəstəyin əhəmiyyətli bir hissəsi davam edəcək. Bu dəstəklə yanaşı ABŞ ordusunun Misir ordusunu profissionallaşdırmaq məqsədiylə verdiyi təhsillər də davam edəcək.