Məkkəni sel basdı

10 Oktyabr 2013 18:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Müqəddəs torpaqlarda birdən yağan yağış zəvvarlara çətin anlar yaşadıb. İfrat yağış səbəbiylə ayın 14-də Ərafata çıxma hazırlıqları üçün qurulan çadırları sel basıb. Qırx dərəcəni keçən hava istiliyindən sonra yağan yağış hacı namizədlərini sərinlətsə də, Ərafat hazırlıq işləri üçün hazırlanan çadırlar seldən mənfi istiqamətdə təsirlənib.