Qalaktikada təkcə gəzən planet tapılıb

10 Oktyabr 2013 18:05 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-ın Havay ştatında işlərini davam etdirən , müxtəlif ölkələrdən olan astronomların meydana gətirdiyi bir elm qrupu, heç bir ulduza bağlı olmadan kosmosda tək gəzən  planet kəşf edib. Planetin varlığı, yaydığı zəif və özünə xas istilik izi Havaydakı Haeakala yanardağı üzərində olan Pan- STARRS 1 adlı geniş sahə araşdırma teleskopu tərəfindən təyin olunmasından sonra, bölgədəki digər teleskoplarla edilən araşdırmalar nəticəsində ortaya çıxarılıb. Yerdən yalnız 80 işıq ili uzaqlıqda , Yupiter planetindən altı dəfə daha böyük bir kütləyə sahib olan , Günəş Sistemi xaricindəki planetə, PSO J318.5 -22 adı verilib. Astronomlar 12 milyon il əvvəl meydana gəldiyi təyin olunan planetin, yeni yaranmış planetlər kateqoriyasında yerləşdiyini düşünür.