Ruhani polisə qarşı çıxdı

10 Oktyabr 2013 20:33 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İran prezidenti Həsən Ruhani , ölkəsindəki İslami geyim qaydalarına zidd hərəkət edənlər mövzusunda polisin son mərhələdə müdaxilə etməsi lazım olduğunu bildirib. Polis Akademiyası tələbələrinə danışan Ruhani , " Hicab və geyim mövzusunda bir xəbərdarlıq edilməsi lazım görülürsə bu vəzifə məktəblərdə, universitetlərdə, məscidlərdə və mədrəsələrdə yerinə yetirilməlidir. Polis xəbərdarlığı son mərhələdə tətbiq etməlidir "deyib. İran prezident , "Nə polis , nə də hökumət xalqın müəllimi deyil və xalq da şagird deyil" şərhini verib. Polisin fiziki olaraq cəmiyyətdə daha az özünü his etdirməsi lazım olduğuna vurğulayan Ruhani , "Polis , cəmiyyətdəki fiziki varlığını daha az biruzə versə , mədəniyyət sevər cəmiyyətimiz üçün daha gözəl olar" ifadələrini işlədib. İranda qanunları təyin edən İslami geyim tərzinə zidd geyinmək cinayət sayılır.