LG-dən yenilik var

10 Oktyabr 2013 21:45 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Cənubi Koreyalı elektronika nəhəngi LG smartfonlar üçün bükülə bilən OLED ekran çıxarmağa başlayacağını bildirib. Elastik ekranlı mobil cihazlar, 2014-cü ildə nümayiş olunacaq. Samsungun dünyanın ilk maili telefonu "Galaxy Round"u təqdim etməsinin ardınca elastik telefon işlərini sürətləndirən LG, bükülə bilən OLED ekranların istehsalına başlayır. Sözügedən texnologiya, ekranın qırılmasının qarşısını ala bilmək üçün şüşə əvəzinə plastika istifadə edib. LG Display vahidi texnologiya şefi Dr. Sang Deog Yeo , elastik OLED panellərin 2014-cü ildə satışa çıxarılacağını söyləyib. 

USA Today xəbərinə görə, Yeo , " Sürətlə inkişafını gözlədiyimiz bu sektor avtomobil, tablet və geyilə bilən texnologiyalarda istifadə ediləcək" deyib. Bükülə bilən ekranların , gələn ildən etibarən Apple , Google və Samsung kimi texnologiya nəhəngləri arasında böyük bir rəqabət başlatması gözlənilir.