“twitter”ə qadağa qoyulub

21 May 2012 13:21 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Pakistan Telekommunikasiya Təşkilatı rəhbəri Məhəmməd Yasin "twitter"in İslam dininə təhqir mesajları göndərdiyinə əsaslanaraq onun yayımına qadağa qoyub. İnformasiya rəsmiləri bu qadağanın aradan götürülməsi üçün danışıqlar aparır.

Xatırladaq ki, Pakistanda 2010-cu ildə yenə eyni səbəblə "Faceboook" və "Twitter" kimi sosial şəbəkələrin yayımına qadağa qoyulmuşdu.