İran prezidenti İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

11 Oktyabr 2013 12:44 (UTC+04:00)

İran prezidenti Həsən Ruhani İlham Əliyevə yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik məktubu yollayıb.


İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, təbrikdə deyilir: "Azərbaycan Respublikası prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi, dövlətinizi və Azərbaycan xalqını səmimiyyətlə təbrik edirəm. Ümid edirəm ki, bizim əməkdaşlığımız, İran İslam Respublikası və Azərbaycan Respublikası arasında mövcud olan xoş münasibətlər yeni dövrdə də qarşılıqlı hörmət və xalqlarımız mənafeləri çərçivəsində daha da inkişaf edəcək. Allah-təaladan Sizə cansağlığı, uğurlar, Azərbaycan dövləti və xalqına xoşbəxtlik və rifah arzu edirəm".