Kart sisteminə keçid üçün 1000 dayanacağa yükləmə aparatları quraşdırılacaq-Özəl

11 Oktyabr 2013 13:23 (UTC+04:00)

"Nəqliyyat sektorunda vahid ödəniş kartlarının tətbiqinə başlanılması üçün artıq 15 avtobus dayanacağında yükləmə aparatları quraşdırılıb. İlkin olaraq 1000 ədəd belə yükləmə aparatının quraşdırılması nəzərdə tutulur". Bu sözləri Movqe.az-a açıqlamasında "Bakısərnişinnəqliyyat" Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov  deyib. E Əzməmmədov bildirib ki, artıq avtobuslarda kart sisteminə keçid üçün vladiatorların quraşdırılması işi yekunlaşıb: "Hazırda dayanacaqlarda kart yükləmələr üçün aparatların quraşdırılması işləri gedir. Artıq Neftçilər prospektindəki dayanacaqlarda, Azneft meydanının yaxınlığında, Kukla Teatrının yanındakı dayanacaqda, Hökumət Evinə yaxın ərazidə yerləşən dayanacaqlarda yükləmə aparatları quraşdırılıb. Proses davam edir. Dayanacaqların hamısında kart yükləmələr üçün aparatlar quraşdırıldıqdan sonra, kartların satışına başlanılacaq. Kartları sərnişinlər qəzet köşklərindən əldə edə biləcəklər.  Sərnişinlər elə dayanacaqdaca kartlarına həmin aparatlar vasitəsilə gediş yükləyə biləcəklər. Oktyabr ayının sonlarına nəqliyyatda kart sisteminin müəyyənləşmiş marşurutlar üzrə tıtbiqinə başlanılması nəzərdə tutulur".

E. Əzməmmədov gələcəkdə dayanacaqlara 5000-ə yaxın yükləmə aparatının quraşdırılacağını söylədi.