Ramal: "Onsuz ad günü keçirtmək istəmirəm"-ÖZƏL
11 Oktyabr 2013 14:40 (UTC+04:00)
Bu gün gənc bəstəkar , müğənni Ramal Əsədzadənin
ad günüdür. Doğum günündə Movqe.az-a açıqlama verən müğənni
bildirib ki, 24 yaşı tamam olur: "Qohumlar, tanışlar, sənət
dostlarımdan bir çox təbriklər aldım. Hər kəs sağ olsun. Hətta
sənətçilərimizdən mənim üçün doğum günü keçirmək istəyənlər də
oldu. Lakin razı olmadım. Çünki doğum günlərimi qeyd etməyi
xoşlamıram".
Müğənni nə üçün ad günü etməməsi səbəbindən də
danışdı: " Ad günümü qeyd etməyi sevmirəm. Çünki hər il ad günümdə
nənəm bizə gələrdi, məni təbrik edərdi. ancaq indi o, artıq bizimlə
deyil. Ruhu şad olsun. Elə ona görə də ad günü qeyd etməyi
sevmirəm. Onsuz ad günü keçirtmək istəmirəm. Çünki çox kövrələ
bilərəm".