Məleykə Əsədovadan ‘facebook’da onun adından yazılanlarla bağlı- AÇIQLAMA

11 Oktyabr 2013 15:57 (UTC+04:00)

Xalq artisti Məleykə Əsədova öz Facebook profilində müxalifətçilərə müraciət edib.

AZXEBER.COM-un məlumatına görə, aktrisanın profilində bu sözlər yazılıb. 

"Muxalifətçilər, sizə söyləmişdim axı özünüzü boş yerə yormayın. 
Prezident seçilibdir, çalışın gələn seçkilərdə bir daha səhv eləyib özünüzü yormayasınız, sakit işinizlə məşğul olun!".

AZXEBER.COM olaraq məsələni dəqiqləşdirmək üçün xalq artistinin özü ilə əlaqə saxladıq. M.Əsədova ümumiyyətlə "facebook"da olmadığını və sözügedən profilin onunla heç bir əlaqəsi olmadığını bildirib:

"Bu profil mənə aid deyil. Mən ümumiyyətlə "facebook"da yoxam. Ancaq, bu yazılan sözlər mənim fikirlərimlə üst-üstə düşür. Hesab edirəm ki, bu gün Azərbaycanı İlham Əliyevdən başqa bir lider idarə edə bilməz. Mən və ailəm hər zaman onu dəstəkləyirik. Mən bir xalq artisti kimi dünyanın bir sıra ölkələrində olmuşam. Sizi inandırım ki, Azərbaycandakı inkişaf və tərəqqi dünyanın çox az ölkələrində var. Bizlər bu islahatları və inkişafı İlham Əliyevə borcluyuq".