Xoruldamaq xərçəngdən xəbər verir?

21 May 2012 13:25 (UTC+04:00)

Movqe.Az BBC-yə istinadən bildirir ki, Xoruldama və yuxuda nəfəs alma çətinliyi bədənin ehtiyacı olan oksigendən məhrum qalmasına səbəb ola bilir.

"Daily Telegraph"da nəşr edilən bir xəbərə dörə, elm adamları qandakı oksigen səviyyəsinin aşağı olması bədxassəli şiş və bu şişləri bəsləyən damarların inkişafını yarada biləcəyini söyləyirlər.

Onların fikrinə görə, gələcəkdə həkimlər xoruldama problemini həll edərək xərçəng hüceyrəsinin inkişafının da qarşısını ala bilərlər.

Məlumatlar ABŞ-da 1500 nəfərdən çox təcrübədən keçən insanların iştirakı ilə 22 ili əhatə edən bir araşdırmaya söykənir.

Bu insanların xərçəng nisbətini araşdıran elm adamlarına görə, yuxuda ağır-ağır nəfəs alma çətinliyi yaşayan kəslər heç bir problemi olmayanlardan təxminən beş qat artıq xərçəng  xəstəliyi riski daşıyır.

Bu cür nəfəs alma çətinlikləri arasında ən çox yayılanı yuxu apnesidir.

Ekspertlər, yenə də bu sahədə daha çox araşdırma edilməsinin lazımlı olduğunu vurğulayırlar.