Qələbə Daşkəsəndə geniş qeyd olundu-FOTOLAR

11 Oktyabr 2013 17:20 (UTC+04:00)

Daşkəsənlilər Prezident seçkisində Azərbaycanın parlaq qələbəsi münasibətilə rayonun mərkəzində möhtəşəm mitinq, qələbə yürüşü edərək, qurbanlarını kəsdilər, şadlıq sarayında konsert, böyük ziyafət məclisi verdilər


Daşkəsənlilər Yeni Azərbaycan Partiyasınin namizədi cənab İlham Əliyevə yekdilliklə səs verməklə gələcəyə parlaq qələbə qazanmışlar.


Daşkəsən rayonunda rayon ictimaiyyətinin – ağsaqqalların, ziyalıların və gənc nəslin iştirak etdyi möhtəşəm mitinq-konsertdə qurbanlar kəsilmiş, böyük şənlik təşkil olunaraq ziyafət verilmişdir.


Daşkəsən rayonunda mitinq iştirakçıları böyük sevinc, coşqu ilə bir-birini təbrik edir, möhtərəm Prezidentimizə 10 ildən bəri yaranan ümumxalq məhəbbətinə, hörmətinə özlərinin ürəkdən gələn münasibətlərini, səmimiyyətlərini bildirirdilər. Etiraf edirdilər ki, indiyədək Daşkəsəndə bu cür demokratik, şəffaf seçki keçirilməmişdi.


İlk öncə ümumrayon bayram tədbiri şəhərin mərkəzindəki Heydər Əliyev meydanında qurbanların kəsilməsi ilə başladı. Qurban kəsilməsi mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev kəsilən qurbanların birini şəxsən özü kəsdi. Bildirdi ki, mən söz vermişdim ki, Yeni Azərbaycan Partiyasının namizədi qalib gələrsə, istək və arzularına çatan daşkəsənlilər öz qurbanları kəsəcəklər.


Rayonda iki gündür ki, keçirilən şənlik dayanmadan davam edir, daşkəsənlilər öz parlaq qələbələrini yüksək səviyyədə nümayiş etdirirdilər. İştirakçıların fikirlərindən, söhbətlərindən hiss olunur ki, minlərlə rayon əhalisinin qatıldığı bu tədbir, cənab İlham Əliyevə olan istək və məhəbbət onların yaddaşında gözəl bir xatirə kimi əbədi yaşayacaqdır.


Sonra tədbir iştirakçıları "Yeni həyat" sarayının qarşısınadək yürüş-mitinq keçirərək əllərində cənab İlham Əliyevin portretləri, Azərbaycan Respublikasının dövlət bayraqları, Yeni Azərbaycan Partiyasının bayraqları ilə ümumrayon qələbə mitinqinə toplaşdılar. Yol boyu yürüş-mitinqin iştirakçıları "Yaşasın Azərbaycan!" , "İlham Əliyevə eşq olsun!" , "Yeni Azərbaycan Partiyasına eşq olsun!" , "İlhamla irəli!" "Ulu öndərimziin ideyaları tam qələbə çaldı" , "Azərbaycan xalqı qələbə çaldı" süarlarını böyük coşqu ilə səsləndirirdilər.


Daşkəsən rayon sakinləri bu möhtəşəm, parlaq qələbə münasibətilə bir-birini təbrik edir, namizədlərin ən layiqlisinə səs verdiklərinə görə özlərini xoşbəxt hesab edirdilər. Söhbətlərdə vurğulanırdı ki, hamımız buraya qələbə münasibətilə toplanmışıq. Bu qələbə xalqın qələbəsidir. Çünki xalq özünün doğru seçimini edib. Xalq növbəti beş ildə də hər sahədə lider olan cənab İlham Əliyevə etimad göstəribdir.


Mitinqdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Yeni Azərbaycan Partiyasının namizədi cənab Əliyev İlham Heydər oğlunun prezident seçkilərində qalib gəlməsi münasibətilə daşkəsənliləri ürəkdən təbrik etmiş, rayonda Ona olan böyük hörmət, sədaqət, ehtiram və etibardan ürək dolusu danışmış, daşkəsənli seçicilərə doğru seçimlərinə görə öz minnətdarlığını bildirərək demişdir :


- Bu gün ürəyində vətənə, millətə, ulu öndərimiz Heydər Əliyev ideyalarına məhəbbət, hörmət, istək gəzdirən milyonlarla vətən övladlarının bayramıdır. 50 milyondan çox Dünya Azərbaycanlılarının bayramıdır. Bu möhtəşəm qələbə cənab İlham Əliyevin vətənə, millətə sədaqət andının parlaq nümunəsidir. Heydər Əliyev siyasi kursunun ən böyük tarixi nailiyyətidir. Bu gözəl gün münasibətilə sizin adınızdan, şəxsən öz adımdan möhtərəm cənab İlham Əliyevi, ona qəlbində hörmət, istək gəzdirən bütün insanları təbrik edir, çox şərəfli, çətin, ali dövləti fəaliyyətində daimi uğurlar, böyük qələbələr arzulayıram.


Daşkəsənlilər olaraq bu gözəl gündə biz sevinirik ki, prezident seçkilərində qəlbimizin arzusu, ürəyimizin hökmü ilə iştirak etdik. Daşkəsənlilərin ən sevimlisi, 10 namizədin ən layiqlisi, alternativsiz lider cənab İlham Əliyevə səs verdik. Müşahidə kameralarının nəzarəti altında, tam demokratik və şəffaf keçirilən seçkilərdə biz rayon seçiciləri olaraq öz namizədimizə ən yüksək səs toplamışıq. Bu rəqəm hətta respublika göstəricisindən belə yüksəkdir. Bu, sizin doğru seçiminizin, Heydər Əliyev siyasi kursuna hörmətinizin, inamınızın qələbəsidir. Bu sədaqətə, bu inama, bu seçimə, İlham Əliyevlə xalqın birliyinə eşq olsun!


Azərbaycanda demokratik, şəffaf şəraitdə seçkilərin baş tutması bir daha ölkəmizin hüquqi, demokratik ənənələrə sədaqətinin nümunəsidir.Xalq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə etimadının, inamının təcəssümü olaraq Ona səs verdi. Bunu xarici müşahidəçilərin rəyləri də sübut edir. Bütün dünya siyasətçiləri cənab İlham Əliyev təcrübəsinin, zəkasının, biliyinin, savadının, fiziki qüvvəsinin şahididirlər. Elə buna görə də Azərbayacanın dünya arenasında nüfuzu günbəgün artmaqdadır. İlham Əliyev Azərbaycan dövlətinin inkişaf etməsi, tərəqqisi üçün bir çox böyük layihələrə imzasını atıbdır. Qazanılan belə nailiyyətlər hamımızı daha böyük qələbələrə, zəfərlərə ruhlandırır.


Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra çıxışında qeyd etdi ki, özünün mənalı həyatının 60 ilini canı qədər sevdiyi Azərbaycan xalqının bu günü, xoş gələcəyi ilə yaşayan millət atası Heydər Əliyev 10 il bundan əvvəl xalqa müraciətində deyirdi – "... Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm."


Yaşadığımız tarix ulu öndərimizin dahiliyini, uzaqgörənliyini bir daha təsdiq etdi. Bu gün bütün dünya görür və təsdiq edir ki, cənab İlham Əliyev xalqına, vətəninə Heydər Əliyev zirvəsindən xidmət edir. Dünya siyasətçiləri cənab İlham Əliyevi həm ölkəmiz daxilində, həm də ölkəmizdən kənarda parlayan ulduz adlandırırlar. Bu nüfuzu, beynəlxalq hörməti cənab İlham Əliyev özünün düşünülmüş siyasi gedişləri, Heydər Əliyev ideyalarını dövrün, zamanın tələblərinə uyğun yaradıcılıqla davam etdirməsi sayəsində qazanmışdır.


Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ölkəmizin sürətli inkişafında cənab İlham Əliyevin müstəsna xidmətlərindən, regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət proqramlarının uğurla həyata keçirilməsinə ali nəzarətindən ürək dolusu danışmış, daşkəsənlilərə xüsusi diqqət və qayğısını böyük minnətdarlıq hissi ilə qeyd edərək demişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev son 10 ildə regionlara 300-ə yaxın səfər edib, 900-dən artıq tədbirdə, 660-dan artıq respublika əhəmiyyətli sənaye müəssisələrinin, obyektlərin təməlqoyma və açılış mərasimlərində şəxsən özü iştirak edibdir. Biz də möhtərəm Prezidentimizin rayonumuza səfərini böyük ümidlə gözləyirik.


Ölkə başçısı İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır. Növbəti illərdə biz bütün bu istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın. Son on il ərzində sabitliyin və ictimai asayişin qorunması bax bu reallıqları şərtləndirdi. Azərbaycanda insanlar təhlükəsizlik şəraitində yaşayır və bu, bizi fərqləndirən cəhətlərdən biridir.


Əziz rayon sakinləri, biz bu seçimimizlə, ürəyimizin hökmü ilə yüz illərə hesablanmış Heydər Əliyev siyasətinə, qüdrətli və zəngin Azərbaycana, ərazi bütövlüyümüzə, iqtisadi tərəqqi və müasirləşməyə, demokratik və sürətli inkişafa, hər bir vətəndaşın sosial qayğısının yaxşılaşdırılmasına, ədalətli cəmiyyətə, gözəl gələcəyə, problemsiz həyata səs vermişik. Sizin bu seçiminiz böyük minnətdarlığa, dərin hörmətə, təşəkkürlərə layiqdir. Bir daha bayramımız mübarək! Arzum budur bu inam, etibar daimi, əbədi olsun.


Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin rayon sakinlərinin seçkidə əldə olunmuş inamlı qələbə münasibətilə təşkil olunmuş tədbirdəki dərin məzmunlu çıxışından sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək demişdir :


-Hamınız canlı şahid olaraq görürsünüz ki, 10 il ərzində Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin rəhbərliyi altında 10 il ərzində iqtisadiyyatın güzgüsü olan dövlət büdcəmiz 19 dəfə artaraq 25 milyard dollara çatmışdır. Son 10 ildə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artmış, ölkədə yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər endirilmişdir. Bu gün ölkəmizdə inkişafın Azərbaycan modeli yaranmış, yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olunmuşdur. Bu isə, öz növbəsində, ölkəmizin beynəlxalq aləmdə imicinin tam formalaşmasına gətirib çıxarmışdı. Cənab İlham Əliyev tərəfindən irəli sürülən layihələr-enerji layihələri, iqtisadi-sosial layihələr, siyasi təşəbbüslər ölkəmizin uğurlu inkişafına yönəldilmişdir.


Hər birimiz deyilən inkişafın rayonumuzun timsalında aparılan tikinti, quruculuq, abadlıq və yenidənqurma işlərinin canlı şahidi olaraq görürük ki, son on ildə yetmiş ildə görünməyən böyük, möhtəşəm işlər görülmüşdür.


Son on ildə rayonumuzda 20-yə yaxın yeni məktəb inşa olunmuş, bir o qədər də əsaslı təmir işləri aparılmışdır.Vaxtı ilə fəaliyyəti dayandırılmış bütün körpələr evi və uşaq bağçaları yenidən əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu fikirləri rayonumuzdakı səhiyyə müəssisələri və digər sahələr barədə də söyləmək olar. Rayonumuzun ən ucqar kəndlərinə asfalt yollar çəkilməkdədir. Bu, inkişaf , tərəqqi, xoş gələcək firavan, problemsiz həyat deməkdir.


Bu gün İlham Əliyevin hər bir daşkəsənlinin ürəyində əzəmətli heykəli ucalıbdır. Onun gördüyü işlərə rayonumuzda İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin yaratdığı ideoloji təminat, ümumxalq


sevginiz, istəyiniz sizlərin hər birinizi bu ümumrayon şənliyinə gətirmişdir. Biz İlham Əliyevə səs verməklə Şərqə günəş kimi doğan, xoş gələcəyi olan qüdrətli və zəngin Azərbaycana səs vermiş olduq.


İlham Əliyevin özünün də dediyi kimi, o, bizim hər birimizin Prezidentidir, Dünya Azərbaycanlılarının qarantıdır. Bizim seçimimiz birdir- daşkəsənlilər həmişə olduğu kimi, bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşiblər. Bu birliyə, mütəşəkkilliyə eşq olsun!


Yaşasın Azərbaycan xalqı!


Daha sonra mitinqdə İ.Nəsimi adına 1 saylı tam orta məktəbinin müəllimi R.Aslanova çıxış edərək bildirdi ki, biz inkişafa səs verdik və "İlhamla irəli" dedik. Uzun illərdir ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik xalqımızın rifahında, onun əmin-amanlığında vacib rola malikdir.Demokratik, hüquqi dövlət quruculuğu da məhz bu münbit şəraitdən qidalanır, sürətlə inkişaf edir.Bu gün demokratik dəyərlər hər bir mütərəqqi cəmiyyətdə olduğu kimi Azərbaycan cəmiyyətinin də inkişafının özəyini təşkil edir. Bu istiqamətdə qazanılmış nailiyyətlərin arxasında dövlətin, xalqın mənafeyinə söykənən iradəsi və qətiyyətli siyasəti dayanır. Biz gələcəyimizə, inkişafımıza və sabitliyimizə səs verdik.


Sonra rayon Qadınlar Şurasının sədri A.Hökmalıyeva bildirdi ki, doğru seçimimizlə biz möhtərəm Prezidentimizin şərəfli on ilinin davamına başlayırıq. İndi biz ölkəmizdə növbəti inkişaf, tərəqqi və yüksəliş yoluna başlamışıq. Azərbaycan xalqı bu şərəfli 10 ili Prezident İlham Əliyevin ali rəhbərliyi altında keçibdir. İlham Əliyev Azərbaycanı dövlətçilik tarixində indiyədək əldə olunmamış zirvəyə qaldırmışdır. Təbiidir ki, növbəti beş ildə də bu yolla gedəcəyik. Yenə də bu inkişaf davamlı olacaq, yenə də bizi uğurlar, qələbələr gözləyir. Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da müasir avtovağzal tikintisi, İcra Hakimiyyətinin və digər orqanların inzibati binalarının tikintisi sürətlə aparılır. Bu binalar rayonumuza xüsusi görkəm verəcəkdir.


YAP fəalı R.Ələsgərli də çıxışında ölkə rəhbərinin gənclərə yaratdığı geniş imkanlardan, təhsil, idman və digər sahələrdə göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq demişdir ki, Azərbaycan gəncliyi dünəninə sadiq qalaraq xoş gələcəyimizə, inkişafımıza və sabitliyimizin qarantına səs verdi.


Ölkəmizdə son on ildə onlarla Olimpiya və İdman kompleksləri tikilib gənclərin istifadəsinə verilmişdir. Xoşbulaq kəndində də inşa olunan Gənclərin Təlim və İstirahət mərkəzi rayon gənclərinin sağlam inkişafına,boş vaxtlarının səmərəli keçirməsinə xidmət edəcəkdir.


Əməkdar müəllim B.Nəsibova dedi ki, ölkə ziyalıları şübhəsiz ki, son illərdə Azərbaycanda aparılan uğurlu siyasətin davamını arzulayırdılar. Bu səbəbdən də seçimlərini buna müvafiq olaraq etdilər. Çünki məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixində görünməmiş yüksəliş və inkişafa nail ola bilmişdir. Biz öz seçimimizlə prezidentimizi dəstəklədik. Əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə növbəti beş ildə də ölkəmiz yeni qələbələr qazanacaq, yeni uğurlara imza atacaq.


Rayon ağsaqqalı E.Məmmədov mitinq iştirakçıları qarşısındakı çıxışında qeyd etdi ki, həm Azərbaycan xalqı, həm də dünya dövlətləri cənab İlham Əliyevin prezident kimi on il ərzində xalqı və dövləti üçün gördüyü işlərə yüksək səviyyədə qiymət verdi. Ən böyük qiymət isə biz azərbaycanlıların seçimidir. Biz gələcək taleyimizin qarantına səs vermişik. Bu gün Yeni Daşkəsən layihəsi möhtərəm Prezidentimizin nəzarəti altında rayonumuzda uğurla icra olunmaqdadır.


Daha sonra çıxış edən şəhid anası X.Həsənova bildirdi ki, bir şəhid ailəsi kimi biz ailəlikcə yeganə namizədimiz olan İlham Əliyevə səs verdik. Ötən on il ərzində Onun rəhbərliyi altında Azərbaycanda çox böyük işlər görülüb.İnanıram ki, gələcəkdə də daha böyük işlər görüləcək, xalqın güzəranı daha da yaxşılaşacaqdır.Şəhid ailələrinə göstərilən diqqət və qayğı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da çox yüksək səviyyədədir. Ölkə rəhbərinin imzaladığı müvafiq sərəncamla çəkilən Zağalı-Kollu-Çıraqlı avtomobil yolu bizi Qarabağımıza aparacaq. O gün olsun ki, bu cür bayramları Xankəndində, Şuşamızda qeyd edək.


Ağbirçək müəllimə A.Məmmədova çıxışında qeyd etdi ki, son on ildə ölkəmizdə aparılan tikinti, abadlıq, quruculuq işləri geniş vüsət almışdır. Bunun əyani təzahürü kimi rayonumuzda da aparılan yeni məktəb tikintiləri bir müəllim kimi məni də çox sevindirir. Ucqar kəndlərimizdə ən müasir səviyyədə qurulan və inşa edilən məktəblər məhz ölkəmizin əldə etdiyi güclü sosial-iqtisadi inkişafın və tərəqqinin nəticəsidir. Təhsilə göstərilən diqqət və qayğıya görədir ki, bu il rayonumuzda ali məktəblərə daxil olan məzunlarımızın sayı ötən illərlə müqayisədə xeyli artmışdır. Bu ölkə rəhbərinin apardığı uğurlu siyasətinin rayonumuzun timsalında bir daha təsdiqidir.


Daşkəsən rayonunda keçirilən möhtəşəm mitinq daha sonra " Yeni həyat" sarayında ziyafətlə davam etdirildi. Şənlik evində yerli musiqiçilərin ifasında vətənə, torpağa və ulu öndərimizə aid musiqi səsləndirildi.


Beləliklə, iki gün davam edən konsert-mitinq yüksək əhval-ruhiyyə ilə başa çatdı.