Symbiana ən sərt zərbə!

11 Oktyabr 2013 23:12 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Microsoft, Symbian və MeeGo telefonları üçün ərizə yazan inkişaf etdiricilərə göndərdiyi e-məktubda, 1 Yanvardan etibarən bu sistemlər üçün yeni proqramlar yayınlayamacaqlarını bildirib. Keçmiş tətbiqlərin endirilməsini, satın alınmasına bir müddət davam ediləcəyini, lakin zamanla bu dəstəyin də azalacağını vurğulayan Microsoft, Symbian və MeeGo ekosistemində çalışan inkişaf etdiricilərə qısaca "özünüzə başqa iş tapın" xəbərdarlığı edib. 

Bir neçə həftə əvvəl də bir Nokia səlahiyyətlisi, Symbian və MeeGo sistemlərinə dəstəyin 2016-cı ildən sonra davam etməyəcəyini, bu səbəbdən bu sisemlərin ömrünün 2016-cı ildə dolacağını açıqlamışdı. Nokianı sudan ucuz qiymətə satın alan Microsoft, Nokianın köhnə əməliyyat sistemləri Symbian və MeeGo-ya malik köhnə telefonlarıyla əlaqəsini yavaş yavaş kəsir.