Çində yoluxucu xəstəliklərin sayı artıb

11 Oktyabr 2013 21:21 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çində sentyabr ayında yoluxucu xəstəliklər səbəbiylə 1478 nəfərin dünyasını dəyişdiyi bildirilib. Çin Sağlamlıq və Ailə Planlama Komissiyasından edilən şərhdə ən çox ölümün 1084 nəfərlə AIDS-dən qaynaqlandığı deyilib. Ölkədə bir ay ərzində vərəm səbəbiylə 161, quduz səbəbiylə isə 128 nəfərin də öldüyü açıqlanıb. Açıklamada həmçinin ötən ay 597 min 843 nəfərin də müxtəlif yoluxucu xəstəliklərə tutulduğu qeyd edilib.