Hindistanda faciə

14 Oktyabr 2013 11:03 (UTC+04:00)

Rəsmilərin verdiyi məlumata görə Hindistanın Madhya-Pradeş ştatında olan bir məbəddəyaranan izdiham zamanı ən az 50 zəvvar həyatını itirib. Dini mərasim üçün Madhya-Pradeş ştattının Datia kəndindən 60 kilometr aralıda yerləşən Ratanqarxməbədinə minlərlə zəvvar toplaşıb. Polislər izdihamın zəvvarların türbə yaxınlığındakı Sind çayının üzərində yerləşən körpünü keçmək istədikləri zaman baş verdiyini deyib. Zəvvarların çoxu izdiham zamanı,digər bir qismi isə çaya tullandıqdan sonra boğularaq ölüb.

Times of İndia qəzeti vurğulayir ki, izdiham yaranma səbəbi körpünün çökəcəyi barədə yayılan şayiələr olub. Bəzi mənbələrdə isə bildirirlir ki,polisin nəzarəti ələ almaq istəyi zaman istifadə etdiyi dəyənəklər daha çox çaxnaşmanın yaranmasına səbəb olub.

Ümumilikdə Hindistanın dini festivalları bir çox hallarda yaşanan ölümcül izdihamları ilə tanınır.Təkcə ötən il buna bənzər yaşanmış 3 hadisə zamanı onlarla insane vəfat etmişdir.2008ci ildə isə 220də çox insan Çamunda Deviməbədində izdiham zamanı həyatını itirmişdi.