Aysel "Səndən başqa" mahnısını Türkiyədə ekranlaşdırdı-FOTOLAR

14 Oktyabr 2013 11:29 (UTC+04:00)

Aysel Əlizadə vəd etdiyi yeni klipinin təqdimat ərəfəsindədir. Türkiyədə ekran həyatı görən sənətçinin "Səndən başqa" adlı mahnısının rejissoru Teoman Topçudur. Bundan öncəki "Ulduzlar" klipini həmin rejissora həvalə edən Aysel Əlizadə onun işindən məmnun qalıb, yenidən həmin rejissoru seçdi. Bu dəfəki çəkiliş prosesinin daha ağır keçdiyini Movqe.az-a deyən müğənni Aysel Əlizadə nəticədə daha maraqlı kliplə ekranlara çıxacağını bildirdi: 

"Səndən başqa" ayrılıqdan bəhs edir. Mahnının sözləri və klipin sujetində düşündürən məqamlar çoxdur. Heç kimə ayrılıq arzu etmirəm, lakin hər bir insanın həyatında belə məqamlar qaçılmazdır. Təsadüfdən, öncəki "Ulduzlar"da, həmçinin "Səndən başqa" mahnısında da ayrılığı yansıtan cümlələr əks olunur" – deyən sənətçi çəkilişlərin daha çox meşədə aparıldığını dedi. Klipi maraqlı edən məqamlardan biri atın olmasıdır.

Çəkiliş prosesində Teomanla fikirlərinin üst-üstə düşdüyünü deyən Aysel uğurlu kadrlar əldə edildiyini bildirdi. Xatırladaq ki, mahnının sözləri Leyliyə, musiqisi isə İlkin Həsəniyə məxsusdur. Klipə yaxın günlərdə təqdimat keçiriləcək. 

https://www.youtube.com/watch?feature=player_embedded&v=LZuVPoHmn0M