Zəvvarlar Ərəfat dağına çıxmağa başlayıb

14 Oktyabr 2013 11:36 (UTC+04:00)

Hacı adına namizədlər bütün günü dağda dua etməklə keçirəcəklər

Din  Dünya müsəlmanlarının Həcc ziyarətinə rəsmən start verilib. Zəvvarlar Həcc ziyarətinin əsas pilləsinə-Ərəfat dağına çıxmağa başlayıblar. Zəvvarlar bütün günü əsrlər əvvəl Məhəmməd peyğəmbərin (s.ə.s) müsəlman icmasına sonuncu müraciətini çatdırdığı yerdə dua etməklə keçirəcəklər.


Xəstə və fiziki qüsurlu zəvvarlar Ərəfat dağına avtobuslar və təcili tibbi yardım maşınları ilə qaldırılır.


Bu ayindən sonra zəvvarlar Muzdalifah adlanan yerə hərəkət edərək, burada şeytana daş atma mərasimi keçirəcəklər. Zəvvarlar bu ayini qurban kəsməklə tamamlayacaqlar.