AKP MK sədri Rauf Qurbanov Moskva şəhərinə yola düşəcək

14 Oktyabr 2013 13:13 (UTC+04:00)

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov 16 oktyabr 2013 -cü ildə RFKP MK - nın plenumunda və KPİ - Sov. İKP İcrayə Komitəsinin iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşəcək. Azərbaycan kommunistlərinin lideri hər iki tədbirdəçıxış edərək hal -hazırda AKP -nin durumu və 09 oktyabr 2013 -cü ildə Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verəcəkdir. Səfər çərçivəsində Rauf Qurbanov tədbirə qatılmış KPİ - Sov.İKP - yə daxil olan respublika komitələrinin rəhbərləri iləpartiyalar arasında əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə dair iki tərəfli görüşlər də keçirəcəkdir. AKP MK -nın sədrinin 20 oktyabr 2013-cü il tarixində Bakıya qayıdacağı nəzərdə tutulub.