Murad Dadaşov özünün AzTV layihəsi barədə açıqlama verdi -Eksklüziv

14 Oktyabr 2013 14:07 (UTC+04:00)
Şoumen və aparıcı Murad Dadaşov bu günlərdə yeni layihə ilə efirə qayıdacaq. Show.az-ın etibarlı mənbədən aldığı məlumata görə aparıcı AzTV kanalında veriliş açacaq. Yeni verilişin ilk qonağının ya Sərdar Ortac, ya da Rafet El Roman olacağı gözlənilir. Murad Dadaşov xəbərlə bağlı Mövqe.az-a açıqlama verib. Yayılan məlumatı təəccüblə qarşılayan Murad Dadaşov onu təkzib edib: " Hara? Yox, yalnış xəbərdir. Planda elə bir şey yoxdur".