Məzəli mahnılar kraliçamız bəlli oldu

14 Oktyabr 2013 15:32 (UTC+04:00)
Xalq artisti Nisə Qasımova ona verilən titullardan təngə gəlib. 

Axşam.az-ın məlumatına görə, müğənni "Atv maqazin" verilişinə açıqlamasında "lirikanın kraliçası" titulundan imtina etdiyini deyib: 

"Bu titullar məni bezdirib. Bir insana ürək-dirək naminə titul verməzlər. Mən bu günə kimi lazım olan bütün titulları almışam. Sonradan verilən belə adlar mənə lazım deyil. Amma bu gündən sonra özümə yeni titul verirəm: məzəli mahnılar kraliçası. Çünki bu mövzuda maraqlı mahnılar oxuyacam". 

Nisə Qasımova gələn il solo konsert verəcəyini də deyib: 

"Solo konsertim 2014-cü ilin fevralında baş tutacaq. İstəyirəm ayın 13-də olsun".