Android 4.3 növbəti həftələrdə gəlir

14 Oktyabr 2013 15:38 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Samsung istifadəçilərinin maraqla gözlədiyi yeniləmə artıq yaxınlaşır. Şirkətə yaxınlığı ilə bilinən Sammobile saytına aid hesabdan atılan tvitə görə Galaxy S4 istifadəçiləri Android 4.3 yeniləməsinə yaxın həftələrdə qovuşacaq. Əvvəllər də 4.3 yeniləməylə bağlı rəsmi olmayan bir versiya sızdırılmışdı. Fərqli qaynaqlar rəsmi aktuallaşdırmanın Oktyabr ayında gələcəyini bildirmişdi.